AZ

“Qarabağ”ın məşqçisi söyüş söyüb, stadionda ara qarışıb - QALMAQAL

“Qarabağ”ın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev qalmaqala səbəb olub.

İdman.biz xəbər verir ki, hadisə Tovuzda baş verib.

AFFA-nın təşkil etdiyi U-14 Liqasının növbəti turu çərçivəsində rayona yollanan “köhlən atlar”ın komandası yerli “Turan Tovuz”la qarşılaşıb.

Matçı 1:0 hesabıyla qazanan qonaqlar insidentsiz qala bilməyib. İkinci hissənin gedişində baş hakimə əsəbiləşən Əliyev dilindən təhamiz sözlər çıxarıb və texniki zonadan kənarlaşdırılıb. Qırmızı vərəqə alandan sonra o, bir qədər də hirslənib. Bu dəfə laynsmana tərəf çevrilən çalışdırıcı Nemət Əliyevin ünvanına ağır söyüşlər işlədib.

Baş məşqçinin ardınca “Qarabağ”ın qapıçısı da “qırmızı” alaraq meydandan uzaqlaşdırılıb. Bütün bunlar tribunada əyləşmiş valideynləri də təsiri altına alıb. Üç “Qarabağ”lı yeniyetmənin ailə başçısı olaya qarışıb, “fit sahiblərləri”ni “ağ yuyub, qara sərib”. Stadionda olan polis əməkdaşları olanlara biganə qalmayıb, həmin 3 şəxsi yaxınlıqdakı bölməyə aparıb.

Rauf Əliyev və futbolçuları isə bir müddət stadionda saxlanılıb (sportinfo.az).

Təhlükəsizlik tədbirləri görən hüquq-mühafizə orqanlarının əməkdaşları qonaq komandanın 1 saatdan artıq paltardəyişmə otağında gözləməsini təmin edib.

İdman.biz

Seçilən
20
1
idman.biz

2Mənbələr