AZ

İrəvanın COP29 həmləsi baş tutmadı: Əliyevdən açıq mesaj

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü münasibəti ilə xalqa müraciətində Ermənistanla sülh prosesinə dair ciddi mesajlar verdi. Dövlət başçısı İrəvanın bəzi Qərb qüvvələrinin təşəbbüslərinə uyaraq sülhdən yayınmağa çalışdığını açıqladı. 

Prezident Azərbaycanın yeni müharibə istəmədiyini, öz ərazi bütövlüyünü bərpa etdiyini bildirib. İlham Əliyev Ermənistanın yalnız öz maraqlarına xidmət edən Qərbə aldanmamalı olduğunu deyib.

İrəvan nə zamana kimi sülhdən yayınmağa davam edəcək?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistan son bir ildə davamlı olaraq sülhdən danışır, hətta tələsik şəkildə imzalamaq istəyir:

“Aydın məsələdir ki, bu açıqlamalar və göstərilənlər reallığı əks etdirmir. İrəvan ustalıqla prosesi manipulyasiya etməyə çalışır. Xüsusilə COP29 öncəsi bunu intensivləşdirdi, məqsəd də bəlli idi. Ermənistan sanki Azərbaycan sülhdə maraqlı deyilmiş kimi bir təəssürat yaratmaqla Bakıya qarşı təzyiq göstərilməsini istəyir.

İrəvan hökuməti sülhdən danışsa da, Azərbaycanı narahat edən başlıca məqamları aradan qaldırmır. Bu səbəbdən də sülh prosesi uzanır. Digər tərəfdən Ermənistanın belə cəsarətlənməsi onu dəstəkləyən qüvvələrlə bağlıdır. Söhbət Fransa, ABŞ və Avropa İttifaqının (Aİ) bəzi ölkələrindən gedir. Bu qüvvələr vaxtaşırı Azərbaycana qarşı təzyiqlər etməyə cəhd göstərirlər”.



 Oqtay Qasımov

Politoloq bildirib ki, rəsmi Bakı Ermənistan konstitusiyasında dəyişikliklər edilmədən sülh müqaviləsinin imzalanmayacağını şəkildə qeyd edib:

“Bu, təkcə İrəvana deyil, həm də onun havadarlarına açıq mesaj, xəbərdarlıqdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bu məsələlərə dəfərlə toxunub, aydın mövqe ifadə edib. Ermənistan ümidlərini daha çox ABŞ seçkilərinə bağlamışdı. Xüsusilə İrəvan Prezident Co Baydendən sonra onun komandasından Kamala Harrisin qələbə qazanacağını və eynilə Bayden dövründəki ABŞ ilə təzyiqlərə davam edəcəyini düşünürdü. Lakin bu belə olmadı.

COP29 artıq öz işinə başlayıb, sammit yüksək səviyyədə təşkil olunur. Artıq ilkin rəylər gəlir. Fikrimcə, bu, bir daha Ermənistan üçün dərs olmalıdır ki, bizə qarşı belə ucuz variantlar işə yaramır. İrəvan uzun müddət sülh sazişindən yayına bilməyəcək. İstəsə də, istəməsə də bu sülh mütləq olacaq”.

Seçilən
96
ekologiya.az

1Mənbələr