AZ

Mehmet Ali Erbillə bağlı qərar açıqlandı

Sosial mediada qanunsuz mərc oyunlarına təşviqetmə maddəsi ilə saxlanılan şoumen Mehmet Ali Erbil ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

Kulis.az xəbər verir ki, çıxarkən jurnalistlərin suallarını cavablandıran Erbil bunları deyib:

“Qanunsuz mərc oyunlarının əleyhinə olduğumu sosial şəbəkədə dəfələrlə demişəm. Açılış üçün Maltaya getdik və Serdar Ortaçla özümüzü belə bir mühitdə gördük. Dedilər ki, siz xəstələrə kömək edəcəksiniz, biz orada MS xəstələrinə, xərçəng xəstələrinə kömək etməyə çalışdıq. Amma məsələni başqa yerə apardılar. Belə bir məsələnin içində olduğum üçün çox peşmanam".

Qeyd edək ki, bu gün Serdar Ortaç da eyni səbəbdən hakim qarşısına çıxarılıb və ev dustaqlığı şərti ilə sərbəst buraxılıb.

Seçilən
61
1
kulis.az

2Mənbələr