AZ

Hakimi yumruqlayan keçmiş klub prezidentinə cəza

Ötən mövsüm Trendyol Super Liqasının 15-ci həftəsində MKE Ankaragücü "Çaykur Rizespor" matçında meydana girərək hakim Halil Umut Meleri yumruqlayan MKE Ankaragücü klubunun keçmiş prezidenti Faruk Kocanın cəzası bəlli olub. 

"Cebheinfo.az" xəbər verir ki, Koca hakim Melerə qarşı etdiyi hərəkətlərə görə “qəsdən yaralama” ittihamı ilə 3 il 7 ay 22 gün həbs cəzasına məhkum edilib. Bundan başqa, sabiq prezident Kocaya digər cinayətlərə görə verilən cəzaların açıqlanmasının təxirə salınmasına qərar verilib. 

Qeyd edək ki, MKE Ankaragücü Klubunun prezidenti Faruk Koca ötən mövsüm 1-1 bərabərə qaldıqları "Çaykur Rizespor" matçından sonra meydançaya enərək hakim Halil Umut Meləri yumruqlamışdı. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr