AZ

Nazirdən "Yuğ" teatrının bina problemi ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Teatrların fəaliyyəti xüsusi olaraq diqqət mərkəzindədir.

Trend xəbərverir ki, bunu COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasındamədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, ölkəmizdə teatr fəaliyyəti ciddi inkişafetməkdədir.

"Dövlətin teatrlara olan qayğısı danılmazdır və xariciölkələrdən fərqli olaraq, Azərbaycanda teatrlara göstərilən dövlətqayğısı və dövlət investisiyası kifayət qədər yüksəkdir.

Təbii ki, bir çox teatrların fəaliyyəti onların müstəqilbinasının nə dərəcədə uğurlu olmasından aslıdır.

Düşünürük ki, "Yuğ" teatrı kimi peşəkar kollektivi olan birteatrın fəaliyyəti üçün ciddi infrastruktur şəraiti olan binanınaxtarışı istiqamətində nazirlik tərəfindən işlər aparılır.

Düşünürük ki, qısa zamanda onların normal fəaliyyətini təminetmək üçün uyğun məkan tapılıb təqdim ediləcək", - o əlavəedib.

Qeyd edək ki, teatr illərdir bina problemi yaşayır. 1989-cuildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyətgöstərən “Yuğ” teatrı 2016-cı ildən etibarən fəaliyyətiniAzərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

Bir müddət öncə Adil Kərimli “Yuğ” teatrının kollektivi iləgörüşüb. O, teatrın bina məsələsinin diqqətdə olduğunu və buproblemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O,həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiştəşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunubildirib.

Seçilən
31
az.trend.az

1Mənbələr