Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb. Görüşdə, iki ölkə arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan görüş zamanı İsrailin Fələstinə və Livana təşkil etdiyi hücumların dayandırılması üçün müsəlman ölkələrinin birliyi və həmrəyliyinin vacibliyini vurğulayıb. O, həmçinin, Türkiyənin İsrailin təcavüzünə son qoymaq məqsədilə BMT-də İsrailə silah embarqosu tətbiq edilməsi təşəbbüsü irəli sürdüyünü və bu təşəbbüsü dəstəklədiyini qeyd edib.
Ərdoğan əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının İsrailin təcavüzünü dayandırmaq üçün qəbul edəcəyi qərarlar və atacağı addımlar böyük əhəmiyyət kəsb edir.