AZ

Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir - Emin Əmrullayev

Bakı. Trend:

COP29 kimi böyük və mötəbər tədbirin qısa zaman ərzində uğurlatəşkili təqdirəlayiqdir. Xüsusilə ətraf mühit və maliyyələşmə kimiəsas mövzular haqqında gözləntilər var.

Trend xəbər verir ki, bunuCOP29 çərçivəsində jurnalistlərə açıqlamasında elm və təhsil naziriEmin Əmrullayev deyib.

O bildirib ki, COP29 çərçivəsində iqlim savadlılığınınqiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirəolunacaq:

“PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühitsavadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsəqoşulması ilə müşayiət olunacaq. Eyni zamanda, universitetlərindayanıqlı inkişafı ilə bağlı bizi böyük bir tədbir gözləyir.

COP29 tədbirlərindən sonra yəqin ki, yaşıl təhsil və ətraf mühitdəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işimiz daha dasürətlənəcək. Çünki PISA 2029-da ətraf mühitlə bağlı qiymətləndirməhəyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsiniölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki ölçülməyəəsaslanmış dəlil yoxdur.

İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbətiillərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsilləbağlı daha çox iş görüləcək. Yaşıl ixtisasların və yaşılbacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir.

Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlimdəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçünsəriştələrin formalaşdırılması kimi başa düşülməlidir. Düşünürəmki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisaslarınməzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
44
31
az.trend.az

2Mənbələr