AZ

"Azərbaycanla oyun üçün tam strategiyanı qurmamışıq"

"Estoniya" millisinin baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı V tur oyunu haqda danışıb. 

Sportnet.az xəbər verir ki, mütəxəssis soccernet.ee saytına açıqlamasında matça ciddi hazırlaşdıqlarını bildirib:

 

"Azərbaycanla matç 3-cü yer üçün mübarizəyə görə daha vacib sayılacaq? Bizim üçün hər oyun vacibdir. Hər oyuna elə hazırlaşırıq ki, sanki hamısı həlledicidir. Azərbaycanla oyun üçün tam strategiyanı qurmamışıq. Bu, bizdə olan futbolçulardan da asılıdır. Ev oyununda göstərdik ki, müxtəlif vəziyyətlərə reaksiya verməyə hazırıq. Əlbəttə ki, Azərbaycanı qabaqlamaq istəyirik. Oyunçulara müxtəlif variantlar təqdim etməyə çalışırıq ki, onlar meydanda mümkün olan hər bir vəziyyətə tamamilə hazır olsunlar". 

Qeyd edək ki, Azərbaycan - Estoniya matçı noyabrın 16-da Qəbələ Şəhər stadionunda keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.


Seçilən
28
1
sportnet.az

2Mənbələr