AZ

Rəqabətdə uduzan Bəhlul Mustafazadə - Qurban Qurbanovun seçimi daha ondan yana deyil

Düz 12 il əvvəl "Qarabağ"a transfer olunan Bədavi Hüseynov gəldiyi ilk vaxtlarda Qurban Qurbanovun tələblərinə uyğunlaşmaqda çətinlik çəkirdi. O zamanlar müdafiənin mərkəzində Rəşad Sadıqovla Admir Teli yer alırdı. Bədavi isə ya heyətə düşmürdü, oynamaq şansı qazananda da ümidləri doğrultmurdu. 

Zamanla Bədavi Hüseynov "Qarabağ"a alışdı, Rəşad Sadıqovla yanaşı oynamaqla heyətdəki yerini də bərkitdi. İndi elə yaşa çatıb ki, karyerasının son illərini keçirir. Bəhlul Mustafazadənin gəlişindən sonra daha çox Medina-Bəhlul cütlüyünün ehtiyat qüvvəsi rolunu oynayır. 

Lakin son avrokubok matçlarında görürük ki, Qurban Qurbanov əsas heyətdə Bəhlul Mustafazadəyə yox, Bədavi Hüseynova güvənməyə başlayıb. "Ayaks"la oyunda da belə olmuşdu, "Budo-Qlimt"lə görüşdə də eyni hal yaşandı. 

Bu da səbəbsiz deyil. "Qarabağ" cari mövsüm müdafiədə çoxlu xətalara yol verir. Xüsusilə, Bəhlulun mövqe səhvləri ilə müşahidə olunan "Mölde" oyunundan sonra Qurban Qurbanov avrokuboklarda onu ehyiyatda otuzdurur. 

Nə qədər qəribə səslənsə də, 33 yaşlı Bədavi Hüseynov indiki durumda müdafiədə Bəhluldan daha etibarlı təsir bağışlayır. Medinanın uzun müddətdən sonra yaxşı forma yığması da Bədaviyə kömək olur. 

Bir tərəfdən baxanda, futbolda enişlər qaçılmazdır. Amma digər tərəfdən Bəhlul Mustafazadə ölkənin ən yaxşı futbolçularından hesab olunur. Yaşı artıq 26-nı haqlasa da, hələ də xaricə çıxacağına dair ümidlər var. Son zamanlar Qurban Qurbanovun seçiminin ondan yana olmaması Bəhlul üçün siqnaldır. Bu barədə düşünməli, geriləmənin səbəblərini müəyyənləşdirməli, üzərində çalışmalıdır. 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
41
1
sportal.az

2Mənbələr