AZ

Şoyqu yenidən Çin XİN naziri ilə görüşüb

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu son bir ildə ikinci dəfə Çinin xarici işlər naziri Vanq Yi ilə görüş keçirib. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş çərçivəsində Vanq Yi Rusiya tərəfi ilə təhlükəsizlik sahəsində işləməyə hazır olduğunu bildirib.

Vanq Yinin sözlərinə görə, Rusiya və Çin arasında strateji təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr mexanizmi iki ölkə üçün mühüm kommunikasiya platformasıdır və iki dövlət başçılarının diplomatiyasına xidmət edir.

Sergey Şoyqu isə öz növbəsində qeyd edib ki, bu gün Rusiya-Çin münasibətlərində hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Rusiya və Çinin əsas beynəlxalq və regional problemlərə uyğun yanaşmaları var.

Qeyd edək ki, Sergey Şoyqu noyabrın 11-də Çinə işgüzar səfərə gedib. Səfər çərçivəsində Təhlükəsizlik Şurasının katibi Pekində ölkənin ali siyasi rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin Rusiyanın beşinci nəsil Su-Qırıcı təyyarəsinin ilk xarici nümayişinin keçirildiyi "Airshow China 2024" beynəlxalq aviaşousuna baş çəkəcək. Çin Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdən sonra Sergey Şoyqunun Siyasi-Hüquqi Komissiyanın katibi Çen Vençinqlə ictimai təhlükəsizlik, ədliyyə və asayiş məsələləri üzrə danışıqlar aparacaq. Xüsusən də rəsmilər ekstremizm, terrorizm və transmilli cinayətkarlıqla mübarizə məsələlərini müzakirə edəcəklər.

Gülşən Şərif

Seçilən
42
bakivaxti.az

1Mənbələr