AZ

"Tramp ABŞ dövlət katibi vəzifəsinə Rubionu namizəd seçib" - "Reuters"

ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır.

"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, sözügedən təyinat gerçəkləşərsə, Rubio yanvarda işə başlayacaq yeni Tramp administrasiyasında ABŞ-də bu vəzifəni tutan ilk latın baş diplomatı olacaq. Çin, İran və Kuba ilə bağlı sərt mövqeləri ilə tanınan Rubio Trampın dövlət katibi vəzifəsinə siyahısında ən aqressiv namizədlərdəndir.

Qeyd olunur ki, yeni administrasiya xüsusilə Ukrayna və Yaxın Şərqdəki münaqişələr, eləcə də Çinin Rusiya və İranla yaxınlaşması səbəbindən qlobal qeyri-sabitliyin artması fonunda addımlar atmalı olacaq. Bildirilir ki, Rubionun gündəmində Ukraynadakı müharibə əsas yer tutacaq. 

O, bu yaxınlarda deyib ki, Ukrayna bütün əraziləri qaytarmaqdansa, Rusiya ilə diplomatik həll yolu axtarmalıdır. Rubio həm də Ukraynaya 95 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biri olub.

"AzPolitika.info"

Seçilən
59
azpolitika.info

1Mənbələr