AZ

Bu insanlar niyə ayaqqabılarının içərisinə çay paketi qoyur?

Dekabr ayı yaxınlaşdıqca havanın temperaturu kəskin şəkildə aşağı düşür və bir çox insan qış çəkmələrindən istifadə etməyə başlayır.

News24.az xəbər verir ki, qalın ayaqqabı və çəkmələr xüsusilə uzun saatlar istifadə edildikdə xoşagəlməz qoxuya səbəb ola bilər. Yağış, qar kimi rütubətli şəraitdə islanan ayaqqabılar çıxarılsa belə, günlərlə, həftələrlə bu pis qoxudan tamamilə yox olmur. Koreyalıların belə hallarda ayaqqabıdakı xoşagəlməz qoxunun qarşısını almaq üçün çox maraqlı üsulu var.

Şiddətli yağışdan sonra çay paketlərini yaş ayaqqabılarınıza qoyun və bir neçə saat gözləyin. Çayların tərkibindəki aromatik elementlər və efir yağları xoşagəlməz qoxuları aradan qaldırmağa kömək edəcək.

Xoşagəlməz qoxuları aradan qaldırmaq üçün ən təsirli variant yaşıl çaydır. Tamamilə quruduğundan əmin olduqdan sonra çantanıza və ya ayaqqabılarınıza paket çayları əlavə edə bilərsiniz.

Təmizlik mütəxəssisləri xatırladırlar ki, çay kokteylindən istifadə həm də soyuducudakı artıq nəm və xoşagəlməz qoxuları aradan qaldıra bilər. Soyuducunun rəflərinə bir neçə çay paketi qoyun və bir həftə ərzində bu üsula əməl edin, hər 2 gündən bir dəyişdirin.

Tətbiq nəticəsində soyuducuda olan xroniki xoşagəlməz qoxunun tamamilə yox olduğunu görəcəksiniz.

Aynurə



Seçilən
47
news24.az

1Mənbələr