DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İLİİ tərəfindən regionlarda yol hərəkətinin təşkilində tətbiq olunan texniki nizamlama vasitələrinin nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür. İdarənin regional qurumları tərəfindən bu dəfə İmişli, Kürdəmir, Mingəçevir, Tərtər, Zaqatala, Şəki, Lənkəran, Ağcabədi, Qəbələ, Cəlilabad, Şirvan, Sabirabad və Gəncədə, ümumilikdə 43 svetafor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.
Təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetafor obyektlərinin iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.