AZ

Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas vasitədir —Anna Lürmann

Bakı. Trend:

Hərəkətsizliyin nəyə gətirib çıxardığını artıq görürük. Sadəcəətrafa nəzər salsanız, Braziliyada tarixdəki ən güclü quraqlığınqeydə alındığını və İspaniyada bu yaxınlarda daşqınlar səbəbindənçox sayda insanın həyatını itirdiyini görə bilərsiniz. Aydındır ki,biz kənarda qala bilmərik.

Trend xəbər verir ki, bunuAlmaniyanın Avropa və iqlim məsələləri üzrə dövlət naziri AnnaLürmann COP29 çərçivəsində "Nöqtələri birləşdirərək: icra olunan vəinvestisiyaya hazır Milli hədəf töhfələri" mövzusunda keçirilənpanel müzakirəsində bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliklərinə qarşı mübarizədəhərəkətə keçməyin vacibliyini aydın və açıq şəkildə vurğulamaqlazımdır, çünki bu, ağıllı iqtisadi siyasətdir. Milli SəviyyədəMüəyyən Edilmiş Töhfələr (NDC) isə iqtisadi inkişaf, maliyyə vəinvestisiya cəlbi üçün bir fürsətdir, maneə deyil. Ölkələrin buambisiyalı öhdəlikləri yerinə yetirə bilməsi üçün həmin töhfələrinreal iqtisadiyyata inteqrasiyası və investorlar üçün cəlbediciedilməsi vacibdir.

"Biz artıq yeni iqtisadi məlumatların təqdim edilməsinə vəambisiyalı iqlim tədbirlərinin həm qısamüddətli, həm dəuzunmüddətli iqtisadi faydalarını göstərən real təcrübələrinpaylaşılmasına başlamışıq. Bu, mənim fikrimcə, danışıqları dəyişməküçün ilk addımdır. Bundan sonra, təbii ki, hər kəs tərəfindən MilliSəviyyədə Müəyyən Edilmiş Töhfələrin ambisiyalı öhdəliklərininicrası üçün addımlar atılmalıdır", — deyə Anna Lürmann əlavəedib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
38
2
az.trend.az

3Mənbələr