AZ

ABŞ ordusu: “Suriyada İranla əlaqəli hədəflər vuruldu”

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ bazalarına edilən hücumlara cavab olaraq Suriyadakı İrana bağlı qruplara aid 9 hədəfin vurulduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ ordusu son 24 saat ərzində Suriyada ABŞ hərbçilərinə qarşı çoxsaylı hücumlara cavab verildiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, Suriyada İrana bağlı qruplara aid 2 bölgədə 9 hədəfə qarşı hücumlar təşkil edilib.” Bu, onların koalisiya qüvvələrinə qarşı yeni hücumlar planlaşdırmaq və təşkil etmək imkanlarını azaldacaq.

CENTCOM komandanı General Michael Erik Kurilla ABŞ-ın şəxsi heyətini və koalisiya tərəfdaşlarını qorumaq və hücumlara cavab vermək üçün lazım olan hər addımı atacağını ifadə edərək, "Mesajımız aydındır. ABŞ qüvvələrinə və regiondakı koalisiya tərəfdaşlarına qarşı hücumlara dözülməz".

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
63
turkustan.az

1Mənbələr