AZ

İkisi yubiley, beşi debüt gözləyir, Bədavi Mahiri “qovur”

Azərbaycan millisi 2024-cü ildə son iki oyununu keçirəcək.

İdman.biz baş məşqçi Fernandu Santuşun sərəncamında olan 24 futbolçunun göstəricilərini təqdim edir.

Hazırkı heyətdə ən təcrübəli Bədavi Hüseynovdur. Millidə 75 matç keçirən müdafiəçi Qəbələdə Estoniyaya qarşı görüşdə şans qazansa, Mahir Şükürova çatacaq. Sonuncu hazırda yığma tarixinin 6-cı ən çox oyun keçirən futbolçusudur.

Qəbələdəki görüş iki futbolçu üçün yubileylə də əlamətdar ola bilər. Anton Krivotsyuk 40-cı, Ozan Can Kökçü 10-cu qarşılaşmanın astanasındadır.

24 dəvətlidən 5-i debütünü gözləyir. Bunlar hələ millidə şans qazanmayan Aydın Bayramov, Zamiq Əliyev, Nicat Mehbalıyev, Səbuhi Abdullazadə və Mustafa Əhmədzadədir.

futbolçu

oyun

qol

Bədavi Hüseynov

75

1

Ramil Şeydayev

67

10

Emin Mahmudov

52

14

Mahir Emreli

50

6

Anton Krivotsyuk

39

1

Bəhlul Mustafazadə

31

1

Toral Bayramov

27

4

Aleksey İsayev

26

1

Coşqun Diniyev

26

0

Abbas Hüseynov

25

0

Elvin Cəfərquliyev

25

1

Rahil Məmmədov

21

0

Musa Qurbanlı

14

3

Amin Seydiyev

11

0

Ozan Can Kökçü

9

0

Ceyhun Nuriyev

8

0

Xəyal Nəcəfov

2

0

Nəriman Axundzadə

2

0

Rza Cəfərov

1

0

Aydın Bayramov

0

0

Zamiq Əliyev

0

0

Nicat Mehbalıyev

0

0

Səbuhi Abdullazadə

0

0

Mustafa Əhmədzadə

0

0

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – Estoniya oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
74
idman.biz

1Mənbələr