"Biz iqlim dəyişikliyi deyərkən söhbət yalnız atmosferin dəyişməsindən getmir."
Politoloq Rufiz Hafizoğlu bunu News365.az-a deyib.
"Son 10 ildə Azərbaycan çox ciddi beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Bu Azərbaycanın siyasi gücünün, ölkə hakimiyyətinin gücünün göstəricisidir. Amma təəssüflər olsun ki, bəşəriyyət əslində iqlim dəyişikliyinin nə qədər ciddi problem olduğunu indiyə qədər dərk etmir. Biz iqlim dəyişikliyi deyərkən söhbət yalnız atmosferin dəyişməsindən getmir. Söhbət bunun nəticəsinin milyonların köçündən gedir. Hər hansı bir bölgədə dənizərin, göllərin eko sisteminin çökməsi həmin bölgədən yaxın onilliklərdə, yüzilliklərdə güclü köçün olması deməkdir. Bu da öz növbəsində digər dövlətlər üçün, içində Azərbaycan da ola bilər. Çox ciddi fəsadlar törədə bilən amilərdən biridir. "
News365.az