AZ

Rostov vilayətində baş verən yanğında 6 nəfər ölüb

Rostov vilayətinin Semikarakorski rayonunda fərdi yaşayış evində baş verən yanğın 6 nəfərin ölümünə səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə hadisə noyabrın 12-də Straxov kəndində baş verib. Evin sahəsi 100 kvadrat metrdi. Xilasedicilər yanğından zərərçəkənləri xilas edə bilməyiblər.

Hadisə yerində 11 canlı qüvvə və 4 texnika çalışıb. Yanğın saat 00:45-də lokallaşdırılıb, saat 05:25-də tam söndürülüb. Hazırda yanğının səbəbi məlum deyil.

İyul ayında Rostov vilayətinin Zolotoy Kolos kəndində bir neçə fərdi taxta ev yanıb. Yanğının söndürülməsi üçün Mi-8 helikopteri cəlb olunub. İlkin olaraq yanğın evlərdən birində başlasa da, tezliklə alov qonşu ərazilərə də keçib. Hadisə yerində 45 xilasedici və 13 texnika çalışıb.

Oxuməni.az

Seçilən
50
oxumeni.az

1Mənbələr