AZ

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib

Bakı. Trend:

Bakı Olimpiya Stadionunun COP29 iqlim sammiti üçün ayrılmış“Natəvan” konfrans zalında müvafiq beynəlxalq qeyri-hökuməttəşkilatlarının rəhbərlərinin iştirakı ilə brifinq keçirilib vəburada nümayəndələrə gənclərin iqlim dəyişikliyi ilə mübarizəyətöhfə verməsi üzrə demək olar ki, bütün sahələri əhatə edən genişməruzə təqdim olunub.

Trend xəbər verir ki,tədbirdə bəşəriyyətin qarşısında duran vəzifələrin yerinəyetirilməsində gənclərin fəal iştirakının artan əhəmiyyəti və iqlimproblemlərinin həllinin sonrakı nəsillərə həvalə edilməsininyolverilməzliyi qeyd edilib.

Sonra istedadlı gənclərin – Kanadanın bir universitetinintələbələrinin hazırladığı, cəmiyyətin iqlim problemləri ilə bağlımaarifləndirilməsinə yönəlmiş cizgi filmi nümayiş etdirilib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
52
5
az.trend.az

2Mənbələr