AZ

Ötən il qlobal səviyyədə emissiyaların həcmi 1,3 % artıb

Ötən il Avropa İttifaqı ölkələrində emissiyaların həcmi 8 % azaldılsa da, qlobal səviyyədə emissiyaların həcmi 1,3 % artıb.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, Avropa İttifaqı ölkələrində emissiyaların azaldılması əsasən, bərpa olunan enerjilərin sürətlə genişlənməsi sayəsində mümkün olub: "Bu gün Avropanın elektrik enerjisinin yarıdan çoxu külək və günəş enerjisindən əldə edilir ki, bu da bütün qalıq yanacaqlarını üstələyir. Bərpa olunan enerji yerli mənbələrdən əldə olunduğu üçün iş yerlərinin yaradılmasına, müstəqilliyi möhkəmləndirməyə xidmət edir, ekologiyanı qoruyur. Bu hədəflərə nail olmaq bu onilliyin sonuna qədər qlobal istixana qazı emissiyalarını 10 milyard ton azaldacaq. Bu da Avropa İttifaqı ölkələrinin üç illik ümumi emissiyalarından çoxdur. Bu, olduqca iddialı bir vizyondur, amma düşünürəm ki, bunu həyata keçirmək olar".

Seçilən
21
ikisahil.az

1Mənbələr