İspaniyanın “Real Madrid” klubu yayda heyətini gücləndirmək niyyətindədir.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komanda 4 yeni oyunçu ilə danışıqlar aparır.
Bunlar, “Bayer 04”dən Florian Virtz, Jonatan Ta, “Bavariya”dan Alfonso Deyvis və “Liverpul”dan Trend Aleksandr-Arnolddur. Buna səbəb Madrid təmsilçisinin 3 oyunçusunun -Dani Karvaxal, Eder Militao və David Alaba zədədən əziyyət çəkməsidir.
“Kral klubu” bu transferlərdən yalnız Virtz üçün qarşı tərəfə təklif göndərəcək, digər 3 oyunçunu isə pulsuz şəkildə yayda heyətinə qatacaq.
Qeyd edək ki, “Real” 12 turdan sonra İspaniya La Liqasında 27 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
"Fənərbaxça"da növbəti zədəli
Nkunku “Çelsi”dən ayrılır
Dembele millinin düşərgəsini tərk edib
Bellingem Almaniya yolunda
“Mançester Yunayted”də ayrılıq