AZ

Qoşqar Təhməzli: "COP29-da qida təhlükəsizliyi məsələləri də müzakirə olunacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29-da qida təhlükəsizliyi məsələləri də müzakirə olunacaq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, qida təhlükəsizliyinin ümdə məsələlərindən biri də əhalinin sağlamlığıdır:
"Qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı, qidanın təhlükəsizlik göstəriciləri, eyni zamanda, ətraf mühitin sağlamlığı və nəticədə insan sağlamlığı, yəni bu vahid sağlıq konsepti COP29 platformasında da müzakirəyə çıxarılacaq".
Sədr qeyd edib ki, qida məhsullarının təhlükəsizlik göstəricilərinin təmin olunması ərzaq təhlükəsizliyini təmin edir.
"Sağlam qidanın daha çox olması - həm heyvan sağlamlığının, həm bitki sağlamlığının, qida məhsullarının sağlamlığının təmin olunması - bilavasitə ərzaq təhlükəsizliyinin təmin olunmasına gətirib çıxarır".
Məhərrəm Əliyev
Seçilən
40
50
oxu.az

10Mənbələr