AZ

Tramp bu şəxsi dövlət katibi təyin etmək istəyir - Foto 

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır. 

Ölkə.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır.

Nəşrin yazdığına görə,  bu Trampın son qəti qərarı deyil. O, son anda fikrini dəyişə bilər. 

Məqalədə deyilir ki, Marko Rubio 2010-cu ildə Senata seçilib. O, ABŞ-nin xarici siyasətində Çin və İrana qarşı sərt mövqeyi ilə seçilir.

Bundan əlavə olaraq, Donald Trampın Florida ştatından olan konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə köməkçisi təyin edəcəyi məlum olub .

CNN-nin xəbərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti özünün keçmiş baş müşaviri Stiven Milleri Ağ Evin siyasət məsələləri üzrə rəhbərinin müavini təyin etmək qərarına gəlib. 

Mürtəza
Ölkə.Az

Seçilən
44
23
olke.az

10Mənbələr