AZ

Putinin işğalçı siyahısında 4 Avropa ölkəsi var

Rusiya-Ukrayna müharibəsi yeni dövrə girdiyi bir vaxtda Putin Koreya əsgərləri də daxil olmaqla 50 min əsgərlə ən güclü hücumuna hazırlaşır. İddialara görə, Putinin işğalçı siyahısında daha dörd Avropa ölkəsi var.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra bütün gözlər yenidən bu müharibəyə çevrildiyi halda, Ukrayna  prezidenti Vladimir Zelenskidən təəccüblü açıqlama gəldi.

Zelenski dünən xalqa müraciətində Ukrayna ordusunun Rusiyanın hücumlarının davam etdiyi Kursk sərhədinə 50 min əsgər yerləşdirdiyini açıqlayıb. Zelenski əlavə edib ki, “Qərb müttəfiqləri buna şübhə etsələr də, bu, Rusiyanın planı idi”.

“Bizim adamlarımız işğalçı qüvvələrin 50 min əsgərini dəf etmək üçün oradadır”, – Ukrayna prezidenti bildirib.

Digər tərəfdən, İngiltərədə çıxan “Daily Express” qəzetinə danışan müdafiə və təhlükəsizlik üzrə ekspert Nikolas Drummod Avropaya xəbərdarlıq edib ki, “Putin Ukrayna ilə işi bitdikdən sonra daha dörd Avropa ölkəsini işğal etməyi planlaşdırır”.

Qəzetə danışan ekspert Putinin bir sıra səbəblərə görə Rusiya imperiyasını yenidən qurmaq ambisiyasına malik olduğunu eyham edib. Drummodun qəzetə verdiyi məlumata görə, bu dörd ölkə Estoniya, Latviya, Litva və Putinin dəstəklədiyi namizədin bu yaxınlarda seçkilərdə məğlub olduğu Moldovadır.

 

Dəniz

Seçilən
44
50
tribunainfo.az

10Mənbələr