AZ

ABŞ-nin təyyarəsinə ATƏŞ AÇILDI – Yaralanan var

ABŞ-nin Kaliforniya ştatından Haitinin paytaxtı Port-o-Prinsə uçan Spirit Hava Yollarına məxsus təyyarə eniş zamanı silahlı dəstələrin açdığı atəşə məruz qalıb.

Yenisabah.az xəbər verir ki, hadisə zamanı stüardessa yüngül xəsarət alıb və Haitiyə bütün uçuşlar dayandırılıb.

Güllələrə tuş gələn Spirit Hava Yollarına məxsus 951 saylı təyyarə Dominikan Respublikasının Santyaqo hava limanına salamat eniş edib. Spirit Hava Yollarından verilən açıqlamada, Santyaqo hava limanına enən təyyarənin ilkin araşdırmalar nəticəsində güllələrdən dəyən ziyan səbəbilə xidmətdən çıxarıldığını və hadisə nəticəsində yalnız bir stüardessanın yüngül xəsarət aldığını bildirib.

Seçilən
30
medianews.az

1Mənbələr