AZ

Əli Əsədov ÜST Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüşdə COP29-un yaşıl gündəliyin təşviqinə yönəlmiş beynəlxalq səylərə töhfə verəcəyinə əminlik ifadə olundu.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın aparıldığı bildirilib.

Ölkəmizdə səhiyyə sistemində aparılan ardıcıl islahatlar barədə söhbət açıldı, iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunuldu.

Əli
Seçilən
9
10
apa.az

10Mənbələr