AZ

Biləsuvarda qanunsuz ağac kəsən və ətraf mühiti çirkləndirən şəxslər müəyyən olunub » AzadMedia.az


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə şəhər ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 2 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması
məqsədilə keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı sözügedən inzibati xətaya yol verən 15 nəfər barəsində qanunamüvafiq qaydada tədbirlərin görülməsi təmin edilib.
Seçilən
28
3
azadmedia.az

4Mənbələr