AZ

"Ukrayna uduzub və onu heç nə xilas edə bilməz" - Ritter

Ukrayna artıq Rusiya ilə münaqişədə məğlub olub və onu xilas etmək mümkün deyil. Bunu Lenta.ru-ya müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.

“Kiyev bunu nə qədər tez dərk etsə, bir o qədər tez bu reallığa uyğunlaşacaq. Bununla da ölkə rəhbərliyi mümkün qədər çox əraziləri və insanların həyatını xilas edəcək və münaqişəyə son qoymağa çalışacaq”,- o, qeyd edib.

Ritter Ukrayna lideri Vladimir Zelenskinin “sülh planı”nda ifadə etdiyi çarəsizliyə də işarə edib. Ekspert bu planı fantaziya adlandırıb və heç kimin dəstəkləmədiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
33
news365.az

1Mənbələr