AZ

Trampın komandasındakı şəxsləri o təsdiq edəcək - Yəhudi milyarderin bu mövqedən çıxış etməsi gözlənilir

ABŞ-də keçirilən seçkilərdə ikinci dəfə prezident seçilən Donald Trampın kabinetinin rəhbəri vəzifəsinə yəhudi milyarder Hovard Lutnik təyin edilib.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Trampın komandasında olacaq şəxsləri məhz Lutnik təsdiq edəcək. Onun ümumilikdə 4 minə yaxın şəxsin təyinatına təsdiq verəcəyi gözlənilir.

Məlumata görə, ABŞ seçkilərindən əvvəl Lutnik Respublikaçı namizəd Donald Tramp üçün 75 milyon dollar ianə toplayıb və seçki kampaniyasıa öz vəsaitindən 10 milyon dollar pul xərcləyib. Qeyd olunur ki, İsrailpərəst mövqeyi ilə bilinən Lutnikin təsdiqlənəcək təyinatlarda da bu mövqedən çıxış edəcəyi gözlənilir.

Yəhudi milyarder keçən ay verdiyi müsahibədə isə Trampı niyə dəstəklədiyini belə ifadə edib: “Tramp İsrail və baş verənlərlə bağlı mənəvi aydınlığa malik idi və baş verənlər haqqında düşüncə tərzi də belə idi. Bu, mənim üçün böyük bir səbəb idi".

Lutnik uzun müddətdir ki, yəhudi təşkilatlarını dəstək verir. Onların arasında: "Park Avenue Sinaqoqu", fəxri qəyyum olduğu "Hamptons" sinaqoqu və Qüdsdə yerləşən İsrail təcili tibbi yardım qrupu "Hatzalah" var. Onun keçmişdə həm Demokratlara, həm də Respublikaçılara ianələr bağışladığı bildirilir.

"AzPolitika.info"

Seçilən
48
azpolitika.info

1Mənbələr