AZ

Azərbaycanla görüş barədə: "Bizim üçün hər matç həlledicidir"

Estoniya yığmasının baş məşqçisi Yurgen Henn Millətlər Liqasının C1 qrupunun V turunun Azərbaycan millisi ilə Qəbələdə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az “soccernet.ee” portalına istinadən xəbər verir ki, Henn millimizlə görüşdə uğurlu nəticəyə ümid edir:

"Qrupda 3-cü yer uğrunda mübarizəyə görə Azərbaycanla görüş daha önəmli olacaq? Bizim üçün hər matç həlledicidir. Hər oyuna elə hazırlaşırıq ki, sanki bu, həlledici matçdır. Azərbaycanla oyun üçün hələ ki, dəqiq strategiya hazırlamamışıq. Bu, həm də əlimizdə olan oyunçulardan asılıdır. Evdəki matçdan fərqli vəziyyətlərə cavab verməyə hazır olduğumuzu göstərdik. Təbii ki, biz Azərbaycandan yan keçməyə çalışacağıq. Məşqçinin oyun üçün çoxlu planları ola bilər, amma təəssüf ki, məsələn, 75-ci dəqiqədə bunu futbolçulara çatdırmaq çətin ola bilər. Biz oyunçulara müxtəlif variantlar təqdim etməyə çalışırıq ki, onlar qarşıdakı matçlarda müxtəlif hadisələrə mümkün qədər hazır olsunlar".

saytlarin hazirlanmasi

Seçilən
49
1
sportal.az

2Mənbələr