Abxaziyada “Dövlət Təhlükəsizlik Xidməti”nin binasına soxularaq deputata hücum etməyə cəhd edən 6 müxalifət tərəfdarı saxlanılıb.
Musavat.com bildirir ki, bu, Rusiya Federasiyasından olan hüquqi şəxslərin Abxaziyada investisiya fəaliyyəti haqqında Rusiya ilə sazişin həyata keçirilməsinə təsir edən layihə üzrə görüşdən sonra baş verib.
Aslan Bjaniya Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Məlumata görə, Abxaziyada müxalifət əsas körpüləri və bir neçə yolu bağlayıb.
Musavat.com