Rusiyada maraqlı hadisə baş verib. Yerli medianın yaydığı məlumata görə, Çebarkulda Ukraynada öldürülən döyüşçülərə aid fotoşəkillərin olduğu xüsusi stenddə iki uşaq anasını qətlə yetirmiş cinayətkarın da fotosunun yapışdırılması yerli sakinləri qəzəbləndirib.
Yerli fəallardan biri VKontakte səhifəsində videonu paylaşıb müzakirə açaraq vəziyyəti anlamaq tələbi ortaya qoyub.
Qeyd edilib ki, koloniyadan müharibəyə gedən Denis Sinitsinin də fotosunun qəhrəmanlar arasında yer alması düzgün deyil. Stendə fotoları seçməmişdən əvvəl yerli sakinlərlə məsləhətləşmələr aparılmalı idi.
"Bu Sinitsin burada bir qadını öldürüb, iki uşaq anasız qaldı. Onu vəhşicəsinə öldürüb. Qadını zorlayıb və gözlərini çıxarıb. Bax bu eybəcər edib. Biz rəhbərlikdə məsələ qaldırdıq ki, Sinitsinin fotosu burada yerləşdirilməməlidir. Şəhər balacadır, insanlar bu qətli xatırlayırlar, biz o vaxtı hamımız burada yaşayırdıq və çölə çıxmağa belə qorxurduq",- aktivist Lyubov Rudometova qeyd edib.
Qeyd edək ki, Rusiyada ən qatı canilər də müqavilə əsasında türmədən buraxılaraq döyüş bölgələrinə göndərilirlər.
Tural