AZ

"Fasilədə hakimə dedim ki..." - "Barselona"nın baş məşqçisi

La Liqanın 13-cü turunda səfərdə "Real Sosyedad"a uduzan (0:1) "Barselona"nın baş məşqçisi Hans-Diter Flik matçın 13-cü dəqiqəsində qalmaqallı ofsayd qərarı ilə Robert Levandovskinin vurduğu qolu qeydə almayan referi Gilyermo Kuadra Fernandesə nə dediyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:

"Fasilədə hakimə dedim ki, ilk hissənin başlanğıcında belə oyundankənar vəziyyət qeydə almaq pis qərar idi. Amma bunun hakimin günahı olmadığını bilirəm. Referiyə çox yox, bir qədər əsəbiləşmişdim".

Xatırladaq ki, bu yöndə mübahisələr hələ də davam edir. Çoxları VAR-ın futbolçuların ayaqlarını qarışıq saldığını və ofsayd qərarının bu səbəbdən verildiyini güman edirlər.

Nihat

Seçilən
20
1
fanat.az

2Mənbələr