AZ

Ramil Quliyev işlə bağlı Cavid Qurbanovla görüşüb, amma... – ÖZƏL

“Çox güman peşəkar karyeramı başa vurduğum üçün Türkiyə Atletika Federasiyasında işləyəcəyəm”.

Bunu İdman.bizə Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev deyib.

Yaxınlarını görmək üçün müntəzəm olaraq Bakıya gələn dünya çempionu bildirib ki, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovla görüşüb: “Onunla bu il söhbətimiz oldu. Cavid Qurbanova dedim ki, idmançılarımızla məşqçi kimi çalışmağa, həmçinin yığmada daha effektiv işləmək üçün işçi qrupunun yaradılmasında kömək etməyə hazıram. Amma təəssüf ki, bundan sonra mənimlə hələ heç kim əlaqə saxlamayıb. Yəqin ki, federasiyanın xidmətlərimə ehtiyacı yoxdur”.

Qeyd edək ki, Quliyev 2011-ci ildə Türkiyə millisini seçib. O, 2017-ci ildə dünya, 1 il sonra “ay-ulduzlu” formada Avropa çempionu adını qazanıb. Atlet Türkiyədə 2018-ci ilin ən yaxşı idmançısı seçilib.

Emin Ağa
İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr