AZ

Ekvador yığmasının futbolçusu vəfat etdi - 22 yaşında

Ekvador yığmasının 22 yaşlı dayaq yarımmüdafiəçisi Marko Anqulo 35 gün koma vəziyyətində qaldıqdan sonra vəfat edib.

Arena.az məlumat verir ki, bu barədə Ekvador mətbuatı məlumat yayıb.

Futbolçunun ölümü noyabrın 11-də qeydə alınıb.

Xatırladaq ki, Anqulo dəhşətli yol-nəqliyyat qəzasına düşmüş, ağır vəziyyətdə təcili surətdə xəstəxanaya çatdırılmışdı. İçərisində 5 nəfərin olduğu avtomobil körpünün tirinə çırpılıb. Qəza günü iki nəfər ölüb, onlardan biri avtomobilin sükanı arxasında olmuş 22 yaşlı yerli digər futbolçudur.

Yerli xəstəxananın həkimləri bir aydan çox Anqulonun həyatı uğrunda mübarizə aparıblar. Anqulo çanaq sümüyü sınığı, sağ pnevmotoraks, beyin ödemi, subdural hematoma və daxili qanaxmalarla üzləşib. Cərrahi əməliyyatdan sonra Markonun vəziyyəti xeyli yaxşılaşmağa başlayıb. Amma sonra futbolçunun səhhəti yenidən pisləşib və idmançı dünyasını dəyişib.

Əlavə edək ki, Anqulo iki il əvvəl də ağır qəza keçirmişdi. O vaxt onun həm də futbolçu olan əmisi oğlu dünyasını dəyişmişdi.

Marko Anqulo 2022-ci ilin noyabrında debüt etdiyi Ekvador yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Seçilən
52
arena.az

1Mənbələr