İspaniyanın hökumət meteoroloji agentliyi oktyabrın sonlarında daşqınlara məruz qalan Valensiya da daxil olmaqla, ölkənin bəzi bölgələrində kəskin hava şəraiti barədə xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" meteoroloji xidmətə istinadən xəbər verir ki, krallığın şərqində yağışla əlaqədar xəbərdarlıq səviyyəsi sarı (təhlükə) və narıncıya (yüksək təhlükə) yüksəlib.
Şiddətli hava şəraiti ilə bağlı xəbərdarlıq ən azı noyabrın 14-dək qüvvədə qalacaq.