AZ

COP29-un Bakıda keçirilməsi Azərbaycanın davamlı inkişafa verdiyi əhəmiyyəti nümayiş etdirir - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan bu gün dünya səhnəsində əhəmiyyətli mövqedədayanaraq, Bakıda keçirilən COP29 tədbirinə ev sahibliyi edir.BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasına daxil olanölkələrin təmsilçilərini bir araya gətirən bu mötəbər tədbir, iqlimdəyişikliyi ilə mübarizədə yeni öhdəliklərin və qlobal hədəflərinmüzakirə edildiyi vacib platformadır. Prezident İlham Əliyevinaçılış mərasimindəki çıxışı Azərbaycanın iqlim məsələlərinə verdiyiyüksək önəmi, davamlı inkişaf üçün həyata keçirilən layihələri vəAzərbaycanın artan beynəlxalq nüfuzunu əks etdirdi.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev bildirib.

"Prezident İlham Əliyev çıxışında, Azərbaycanın 2020-ci ildəkiİkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə bağlı fikirlərinisəsləndirərək, bu zəfərin yalnız Azərbaycan üçün deyil, beynəlxalqhüququn üstünlüyü üçün də böyük əhəmiyyət daşıdığını vurğuladı.

Ərazilərinin 20%-i 30 ilə yaxın Ermənistanın işğalı altındaolmasına baxmayaraq, Azərbaycan iqtisadi gücünü və suverenliyinibərpa etməyə müvəffəq oldu. Prezident İlham Əliyev bildirib ki,Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü iləhəyata keçirdi və bu yolla beynəlxalq hüququ və ədaləti bərpaetdi.

COP29 tədbirinin Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalqsəviyyədə etibarını və təşkilatçılıq qabiliyyətini təsdiqləyir. 200ölkənin dəstəyi ilə Bakıda bu tədbirin keçirilməsi Azərbaycanınbeynəlxalq iqlim gündəmindəki aktiv rolunu göstərir. Prezidentİlham Əliyev qeyd etdi ki, tədbirdə 72 min iştirakçının, 80-dən çoxPrezident, vitse-prezident və baş nazirin iştirakı ilə Azərbaycanqlobal iqlim məsələlərində əhəmiyyətli bir forumun mərkəzinəçevrilib. Bu, Azərbaycana və onun liderliyinə olan hörmətintəzahürüdür",- o əlavə edib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyinə qarşımübarizədə oynadığı fəal rolu nümayiş etdirən Prezident İlhamƏliyev yaşıl enerjinin Avropaya nəqli üçün Qara dəniz dibi iləenerji kabelinin çəkilməsinin əhəmiyyətini vurğuladı. Bu layihə iləAzərbaycan dörd giqavat gücündə yaşıl enerjini Avropaya ixracetməyi planlaşdırır və bu sahədə öz potensialını genişləndirməyihədəfləyir. Prezident İlham Əliyev bu layihənin Azərbaycanın yaşıliqtisadiyyata keçid və ekoloji hədəflərə sadiqliyinin birgöstəricisi olduğunu bildirdi.

"Prezident İlham Əliyev, Qərbdəki bəzi siyasətçilərin ikilistandartlarına və Azərbaycana qarşı təşkil edilən boykottəşəbbüslərinə də toxundu. Azərbaycanın bu cür təzyiqlərəbaxmayaraq, ədalətli və prinsipial mövqeyindən dönmədiyini vəqlobal iqlim tədbirlərində önəmli bir iştirakçı olaraq qaldığınıvurğuladı. O, Bakının dünya dövlətləri üçün açıq olduğunu, ölkəyəgöstərilən dəstəyin bu boykot cəhdlərini uğursuzluğa məhkumetdiyini bildirdi.

COP29 tədbirinin Bakıda keçirilməsi, Azərbaycanın qlobal iqlimgündəmindəki fəal iştirakını və ölkənin davamlı inkişafa verdiyiəhəmiyyəti bir daha nümayiş etdirir. Prezident İlham Əliyevinçıxışında ifadə etdiyi kimi, Azərbaycan, iqlim dəyişikliklərinəqarşı qlobal mübarizədə tərəfdaşlıq qurmaqda və yaşıl enerjitəchizatını genişləndirməkdə liderlik göstərir.

Azərbaycanın bu istiqamətdə gördüyü işlər, ölkəni iqlimdəyişikliyi ilə mübarizə və ekoloji layihələrdə nüfuzlu tərəfdaşkimi tanıdır və region üçün dayanıqlı gələcək yaratmaq məqsədiniəks etdirir".

Seçilən
38
2
az.trend.az

3Mənbələr