AZ

COP29-da Norveç xalqına çağırış

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) aksiya keçirmək üçün yaradılan şəraitdən məmnunuq.

News24.az xəbər verir ki, bunu Report-a açıqlamasında aksiya təmsilçisi Elisa Filips deyib.

Onun sözlərinə görə, "yaşıl zona"da Norveç hökumətinə qarşı balina ovunun dayandırılması üçün aksiya təşkil edilib.

“Biz Norveç hökumətini ölkəni əhatə edən dənizlərdə karbohidrogen hasilatının başlanmasına qarşı petisiyanı imzalayan 800-dən çox beynəlxalq alimi dinləməyə və planlarını yenidən nəzərdən keçirməyə çağırırıq. Həmçinin, Norveçi qanuniləşdirilməmiş və dövlət tərəfindən subsidiyalaşdırılan balina ovunu dayandırmağa səsləyirik. Balina ovuna ayrılan kvotalar artırılmaqdadır; bu il 2023-cü illə müqayisədə kvotalar 15%-dən çox artırılıb, ovlanan balina ətinin əksəriyyəti isə ev heyvanları üçün yem istehsalına gedir”, - E.Filips bildirib.

O, həmçinin beynəlxalq ictimaiyyəti Norveç hökumətinə ünvanlanan müraciəti dəstəkləməyə çağırıb və Norveç xalqının unikal dəniz ekosistemlərini qorumaq, balina ovunu dayandırmaq üçün liderlərinə təzyiq göstərəcəyinə ümid etdiklərini vurğulayıb.


Seçilən
29
5
news24.az

7Mənbələr