AZ

COP for Hope: Azərbaycanla külək və günəş enerjisi sistemləri ilə bağlı birlikdə fəaliyyət göstərə bilərik - Keniyanın Baş naziri

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Keniyanın Baş naziri MusaliaMudavadidir.

O, Trend-ə açıqlamasında Azərbaycanla tərəfdaş olduqları üçünxoşbəxtik olduqlarını bildirib.

Baş nazir Azərbaycanın COP29-un təşkilində çox yaxşı işgördüyünü vurğulayıb:

"100-dən çox ölkənin nümayəndələri bu konfransa qatılıblar.Onlar ölkə başçıları, nazirlər səviyyəsində təmsil olunurlar.Gözləntilərimiz budur ki, ölkələrimiz əslində ritorika kimi görünəbiləcək şeyləri uzaqlaşdıra bilsin.

İqlim dəyişiklikləri ilə mübarizəyə səbrlə yanaşmaq lazımdır.Burada maliyyədən də praqmatik yöndə istifadə edilməlidir. Ümidedirəm ki, bu məsələdə bu gecə nailiyyətlər əldə olunacaq".

"Biz Azərbaycanla tərəfdaş olduğumuz üçün xoşbəxtik. İnanıramki, külək və günəş enerjisi sistemləri ilə bağlı birlikdə fəaliyyətgöstərə bilərik. Bu sahədə əməkdaşlıq edə biləcəyimizə inanıram.Çünki texnoloji fazanız çox yaxşıdır və birlikdə bu sahədə yenitöhfələrə nail ola bilərik", - Baş nazir bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
83
3
az.trend.az

1Mənbələr