"Real"ın futbolçusu Kilian Mbappe sabiq komanda yoldaşı Əşrəf Hakimi ilə istirahət edib.
QOL.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu sosial şəbəkələrdə paylaşım edib. O, milliyə dəvət almadıqdan sonra istirahət verməyə qərar verib. Keçmiş komanda yoldaşları birgə oyun oynayıblar və qəlyan çəkiblər.
Qeyd edək ki, Kilian Mbappe və Əşrəf Hakimi 2018-ci ildən 2024-cü ilə qədər PSJ-də komanda yoldaşı olublar.