AZ

Türkiyə daha 4 terrorçunu zərərsizləşdirib

Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün Şimali İraq və Suriyada 4 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Məlumatı “Anadolu” yayıb. 

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pençe-Kilit” (Pəncə-Qala) əməliyyatı bölgəsində 1 PKK terrorçusunu, Suriyanın şimalındakı “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyatı bölgələrində isə 3 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib. 

Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.

P.ƏMİRCANOV
XQ

Seçilən
46
xalqqazeti.az

1Mənbələr