Polşa Ordusunun Baş Qərargah rəisi, general Vislav Kukula Rusiya ordusunun potensialını və resurslarını yüksək qiymətləndirib – onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hətta davam edən münaqişəni nəzərə alaraq öz imkanlarını inkişaf etdirə bilər.
“Rusiyanın demoqrafik və xammal potensialı və ən əsası… işlək müdafiə sənayesi var ki, təkcə müharibə aparmaq deyil, həm də eyni zamanda öz müdafiə potensialını inkişaf etdirmək üçün” Rzeczpospolita- ya müsahibəsində bildirib .
Bundan əvvəl İsveçrə kəşfiyyatı tərəfindən hazırlanan hesabatda Rusiyanın hərbi potensialının artdığı, zamanın onun tərəfində olduğu qeyd edilmişdi.
Həmçinin NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı, general Kristofer Kavoli bu yaxınlarda qeyd edib ki, Rusiya ordusu Ukraynadakı münaqişə bitdikdən sonra onun nəticəsindən asılı olmayaraq daha da güclənəcək.
DOĞRU.AZ