AZ

Yaxın günlərdə Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq - Şavkat Mirziyoyev

Bakı. Trend:

Yaxın günlərdə Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrəSaziş imzalayacağıq.

Trend xəbər verir ki, bunuÖzbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıdakeçirilən COP29 konfransında çıxışı zamanı bildirib.

“Biz qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasınınhəyata keçirilməsinə başlamışıq. Yaxın günlərdə Avropa İttifaqınaekoloji təmiz enerji tədarükü üzrə çoxtərəfli saziş imzalayacağıq”,- o bildirib.

Prezidentin sözlərinə görə, Özbəkistanın Paris Sazişiçərçivəsində əsas məqsədi regionda temperaturun 1,5 dərəcəsəviyyəsində saxlanmasını təmin etməkdir.

“Bu istiqamətdə biz Özbəkistanda karbon neytrallığını əldə etməküçün geniş miqyaslı islahatlar həyata keçiririk. 2030-cu ilə qədəristixana qazı emissiyalarını 35 faiz azaltmağı hədəfləyirik və buöhdəliyi 2050-ci ilə qədər uzatmağa hazırıq. Yaşıl enerjinin payını40 faizə çatdıracağıq”, - deyə Ş.Mirziyoyev əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
50
4
az.trend.az

6Mənbələr