Bakı. Trend:
Qazaxıstan erkən xəbərdarlıq sistemləri üçün monitorinq vərəqəmsal alətlərə, habelə su və torpaq resurslarının idarəolunmasını yaxşılaşdırmağa investisiya edir.
Trend xəbər verir ki, bunuQazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakıdakeçirilən COP29 konfransında çıxışı zamanı bildirib.
Prezident vurğulayıb ki, Qazaxıstan metan emissiyalarınıazaltmaq üçün layihələr üzərində fəal şəkildə çalışır, xüsusiləkömür, neft, qaz və kənd təsərrüfatı kimi əsas sahələrdə.
"Tərəfdaşlarımızla birlikdə metan emissiyalarını azaltmağayönəlmiş konkret layihələr üzərində işləməyə davam edirik", - deyəKasım-Jomart Tokaev bildirib.
O, bu təşəbbüslərin metan emissiyalarını 3 dəfə azaltmağa səbəbolduğunu əlavə edib
Böyük kənd təsərrüfatı resurslarına malik olan Qazaxıstan karbonəkinçiliyini təşviq edir - bu, istixana qazlarının emissiyalarınıazaltmaq və torpaq keyfiyyətini yaxşılaşdırmağa yönəlmişpraktikalar kompleksidir.
"Qazaxıstan 200 milyon hektar kənd təsərrüfatı torpaqları iləkarbon kənd təsərrüfatı üçün yaxşı imkanlara malikdir", - deyədövlət başçısı bildirib və beynəlxalq maraqlı tərəfləri ölkədədavamlı kənd təsərrüfatı sahəsində sərmayələr üçün imkanlarıöyrənməyə dəvət edib.
Həmçinin, Qazaxıstanın qlobal enerji transformasiyasında rolu,xüsusən də aşağı karbonlu nüvə energetikasının inkişafına verdiyiəhəmiyyətli töhfəni vurğulayıb. Uranın dünya üzrə ən böyükixracatçılarından biri olan Qazaxıstan, dünya tədarüklərinin 43faizini təşkil edir və ekoloji cəhətdən təmiz enerjidə əsasoyunçudur.
Qazaxıstan Prezidenti həmçinin bildirib ki, yaxınlarda keçirilənreferendumla ölkədə atom elektrik stansiyasının tikintisitəsdiqlənib.
"Biz layihənin təhlükəsizliyini və səmərəliliyini təmin etməkməqsədilə dünya texnologiya liderləri ilə əməkdaşlıq etməyəçalışırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.