AZ

Azərbaycanın bu sahədə fəal səylərini tam dəstəkləyirik - Mirziyoyev

İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran və böhranları dərinləşdirən əsas qlobal çağırışdır.

Publika.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

Özbəkistan lideri Azərbaycan Prezidenti İlham Əliyevə COP29 iqlim konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Ş.Mirziyoyev vurğulayıb ki, Özbəkistan müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanın fəal səylərini tam dəstəkləyir.

"Bu gün iqlim dəyişikliyi - geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərən əsas qlobal çağırışdır. Xüsusilə yoxsulluq, ərzaq və enerji təhlükəsizliyi, su və resurslara çıxış problemləri dərinləşir. Biz bu problemləri Mərkəzi Asiyada kəskin şəkildə hiss edirik", - o bildirib.

Seçilən
57
9
publika.az

10Mənbələr