AZ

"Bir sıra ucqar rayonlarda fənn müəllimlərinin yeri boş qalır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər il təxminən 60 min müəllim işə qəbul olmaq üçün müraciət edir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, onlardan yüksək nəticə göstərən təxminən 6 mini işlə təmin olunur: "İşlə təmin edilməyən müəllimlər arasında işlə təmin edilənlərə nisbətdə yüksək bal toplayıb uğur qazanmayanların sayı az deyil. Həmin müəllimlər paytaxta, böyük şəhərlərə üstünlük verdikləri üçün uğur qazana bilmirlər.

Bir sıra ucqar rayonlarda hətta fənn müəllimlərinin yeri boş qalır. Sadəcə bu yerləri namizədlər seçmir. Təsviri incəsənət, texnologiya, musiqi kimi ixtisaslarda da boş yerlərin sayı nisbətdə çox olur. Əmək haqqı, ərazi faktoru, məsafə və bu kimi problemlər ucbatından müəllimlər seçim etmirlər. Eyni zamanda paytaxt Bakıda belə rus sektoru üzrə demək olar ki, bütün fənlərdən müəllim çatışmazlığı müşahidə edilir.

Düşünürəm ki, işğaldan azad edilmiş bölgələrdə məktəblərin açılması, yeni məktəb binalarının tikilməsi, eləcə də sertifikasiyadan uğur qazanmayan müəllimlərin say həddi ona imkan verəcək ki, gələcəkdə vakansiyaların sayı çoxalsın".

Müəllif: Söylü Ağazadə
Seçilən
42
sia.az

1Mənbələr