AZ

Vuçiç: Qərb münaqişələrin nizamlanmasında köməkdən imtina edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlməyən Avropa ölkələri siyasi motivlər güdürlər.

 

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.

 

"Onların gəlib-gəlməməsi mənim üçün fərq etmir, əsas odur ki, biz buradayıq və gələcəkdə də buraya gələcəyik", - o deyib.

 

A.Vuçiç vurğulayıb ki, Qərb bu cür addımlarla beynəlxalq münaqişələrin nizamlanmasında köməkdən imtina edir: "Onlar minlərlə ikitərəfli görüş və danışıqlar keçirə bilərdilər, ancaq gəlmədilər. Bu sammit xüsusilə Ukrayna və Yaxın Şərqdə olduğu kimi böyük münaqişələrin dayandırılması lazım olan bir vəziyyətdə çox vacibdir". (Report)

Tarix: 12 Noyabr 2024, 16:30   
Seçilən
43
14
pravda.az

10Mənbələr