AZ

"Taliban" BMT-yə qoşulmaq istəyir

Əfqanıstanda hakim "Taliban" hərəkatı Birləşmiş Millətlər Təşkilatına (BMT) qoşulmaq üçün müraciət edib.

Demokrat.az-ın Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə Əfqanıstanın xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzay bəyan edib.

O, "Taliban"ın bütün ölkələrlə müsbət münasibətlərə can atdığını deyib.

"İslam Əmirliyi bütün ölkələrlə istənilən məsələdə əməkdaşlığa hazırdır", - deyə nazir müavini bildirib.

O, həmçinin xalqın problemlərini dilə gətirməsi və çətinliklərə son qoyması üçün Əfqanıstanın istər BMT-də, istərsə də hər hansı başqa təşkilatda öz yerini tutacağına ümidini ifadə edib.
Şer Məhəmməd Abbas Stanikzay, həmçinin əlavə edib ki, hazırkı hökumətin heç bir ölkə ilə problemi yoxdur.

Seçilən
74
1
demokrat.az

9Mənbələr