Bakı. Trend:
COP29 Sədrliyi İtki və Zərərlərə Cavab Fondunun yaradılmasındairəliləyişə nail olmaq üçün il ərzində intensiv işləyib.
Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti Muxtar Babayev “Öhdəliklərdənfəaliyyətə: İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətininoptimallaşdırılması” mövzusunda COP29 Sədrliyinin tədbirində çıxışızamanı deyib.
O qeyd edib ki, Azərbaycan Misir və BƏƏ-nin COP27 və COP28sədrliklərinin nəticəsini və öhdəliklərini yüksəkqiymətləndiririk.
“Hər iki Prezidentlik itki və ziyanla bağlı ciddi səylərgöstərdi və işlərini gücləndirdi. Bütün bu illər ərzində yorulmazəməkdaşlığa görə Fondun İdarə Heyətinə, Müvəqqəti Katibinə və DünyaBankına minnətdarıq. Bu gün biz nəhayət deyə bilərik ki, İtki vəZərərlərə Cavab Fondu maliyyə vəsaitlərini ayırmağa hazırdır”,-deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.