AZ

Lukaşenko Zimbabve prezidenti ilə əməkdaşlığı müzakirə edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Zimbabve Prezidenti Emmerson Mnanqaqva ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

Bu barədə noyabrın 12-də Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Danışıqlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində baş tutub.

Liderlər ikitərəfli əməkdaşlığın inkişafında bir sıra məsələlərə və Afrika qitəsində birgə işin perspektivlərinə dair qeydləri müqayisə ediblər. Lukaşenko regionun digər ölkələrini, xüsusən də Mozambiki cəlb etməklə əməkdaşlığı genişləndirmək ideyasını xatırladıb.

“Mənim sizinlə bir vaxtlar müzakirə etdiyim bir fikir var. Ki, biz sizinlə haradasa görüşək, Mozambik prezidentini də dəvət edək və birgə əlaqələrimizi quraq. Elə edərik ki, sizin Mozambikdə öz limanlarınız olsun və biz onlar vasitəsilə sizinlə daha səmərəli və fəal əməkdaşlıq edək”, - deyə Belarus Prezidenti bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
22
xalqqazeti.az

1Mənbələr